Son Dəqiqə

Dün, 17:39 - İranlı boksçuya edam cəzası verildi

Dün, 17:37 - Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Dün, 17:35 - Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

17-01-2022, 19:36 - Azərbaycanda son sutkada 8 nəfər koronavirusdan ölüb - FOTO

17-01-2022, 19:33 - Paytaxtda ətin qiyməti neçəyədir?

17-01-2022, 19:33 - Paytaxtda ətin qiyməti neçəyədir?

15-01-2022, 16:02 - Dövlət Agentliyində yeni TƏYİNAT

14-01-2022, 19:03 - Arazdəyən - Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üçün işçi qrupu yaradılıb

14-01-2022, 18:54 - 2450 manatdan obyektlər, 1500 manatdan avtomobillər satışa çıxarılır - FOTO

14-01-2022, 18:49 - Prezident sərəncam imzaladı - Müddət uzadıldı

14-01-2022, 15:16 - Azərbaycanda ət BAHALAŞDI

14-01-2022, 15:14 - Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ

11-01-2022, 11:21 - Azərbaycanın Qazaxıstandakı səfirliyinin mühafizəsi ilə bağlı AÇIQLAMA

11-01-2022, 11:08 - Məşhur azərbaycanlı aparıcı xəstəxanalıq oldu - FOTO

11-01-2022, 10:53 - Vətəndaşların DİQQƏTİNƏ: Bakının üç rayonunda su kəsiləcək

11-01-2022, 10:51 - Hava şəraitinə görə Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı

10-01-2022, 14:31 - Əbrürrəhman Vəzirov vəfat edib

10-01-2022, 14:26 - İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - SƏRƏNCAM

10-01-2022, 13:22 - Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında yayılan virusun adı AÇIQLANDI

10-01-2022, 12:55 - Azərbaycanda tələbə vəfat etdi

10-01-2022, 12:53 - Sərnişinlərin DİQQƏTİNƏ: Bəzi marşrut xətlərinin istiqaməti dəyişdi

10-01-2022, 12:45 - Bakıda 16, Gəncədə 14 yaşlı oğlan itkin düşüb

10-01-2022, 12:41 - Beyləqanda QƏZA: Avtomobil qadını vuraraq öldürdü

9-01-2022, 10:09 - Koronavirusdan təzə sağalanlara idman təhlükəlidir?

9-01-2022, 10:09 - Koronavirusdan təzə sağalanlara idman təhlükəlidir?

7-01-2022, 11:17 - Nazir idarə rəisini təqaüdə göndərdi - ÖZƏL

6-01-2022, 21:02 - Pulsuz Corek!

6-01-2022, 12:34 - Azərbaycanda çörək və un ən baha hansı qiymətə satıla bilər? - RƏSMİ AÇIQLAMA

 Valyuta məzənnəsi

Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO

Tarix:30-11-2021, 14:29

Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO
Yaxınlarda Polşanın kişilərdən ibarət cüdo millisinə baş məşqçi təyin olunmuş Rəşad Həsənovun müsahibəsi:

- Bu vəzifəyə təyinatınız nə vaxt olub?

- Oktyabrda. Bu aydan isə yeni işimə başlamışam. Müqaviləm 3 illikdir, Paris Yay Olimpiya Oyunlarının sonuna kimi anlaşmam var.

- Polşa hər hansısa postsovet ölkəsi deyil. Necə oldu ki, ora təyinatınız gerçəkləşdi?

- 15 ildən çox Azərbaycanda milli komandada məşqçi idim. 10 il yeniyetmələrdə, 3 il gənclərdə baş məşqçi kimi, son 3 ildə isə qadınlardan ibarət millidə köməkçi məşqçi kimi çalışmışam. Millidə çalışdığım müddətdə tez-tez Polşaya yarışlara və seminar keçməyə gəlmişəm. Onlar da ölkəmizə yarışa gəlib. Belə olub ki, münasibət yaranıb. Ancaq baş məşqçi olmağa tək mən namizəd olmamışam. Niderland və Gürcüstandan olan məşqçilər də bu vəzifəyə namizəd idi. Onlayn müsahibədən isə mən keçdim. Orada bizimlə həkim-fizioterapevtdən tutmuş rəhbərliyə kimi sorğu-sual edildi. Necə siz deyirsiniz ki, Polşa bizə yad ölkədir, onlar da mənə sual verdilər ki, qafqazlılarla polyakların fərqi nədədir? Belə baxanda hamımız insanıq. Məsələn, siz fərqi nədə görürsünüz?
Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO
- Mentalitet, gen fərqliliyi var...

- Bəli, genetika fərqliliyi var. Bizim uşaqlarda məşqlərdə yüklənmə çox olduğundan, həddindən tez inkişaf edir, onlarda isə əksinə. Bizdə 17 yaşındakı uşaq 30 yaşlıdan seçilmir. Onların 30 yaşlısı isə bizim 17 yaşlı uşağa bənzəyir. Bizim uşaqlar hormonal tez inkişaf edir. Polyaklar cüssə baxımdan iri görünsələr də, amma uşaq kimi qalırlar, gec inkişafda olurlar.

- Ancaq siz onların genetikasını dəyişdirə bilməzsiniz...

- Elədir. Ona görə də qarşılarına məqsəd qoyublar ki, onların yüklənmələri belə mərhələli şəkildə artırılmalıdır. Polşada 35 yaşadək güləşirlər. Azərbaycanda barmağınızı qatlayın, görək 35 yaşda idmançı karyerasını davam etdirir? Barmaq sayılacaq qədər göstərmək olar. Polşada isə idman 25 yaşdan sonra başlayır.
Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO
- Buradan belə başa düşülür ki, siz əsas milliyə baş məşqçi təyin olunsanız da, yeniyetmə və gənc cüdoçuların da inkişafına məsul şəxssiniz...

- Bəli, böyüklərdən başqa, 23 yaşadək idmançılar və gənclərin heyəti ilə də məşğul olacağam. Rəsmi olaraq böyüklərdə baş məşqçi mənəm. Ancaq gənclərdə olan baş məşqçi də mənim köməkçim sayılır. İki əlavə assistentim, iki fizioloq və bir də fizioterapevt var.

- Etiraf edək ki, cüdoda Gürcüstan həmişə Qafqazda ən güclü ölkə olub. Namizədlərdən birinin də gürcü olduğunu nəzərə alsaq, hansı amilə görə məhz sizi seçdilər?

- Sırf elmi, nəzəri biliyimə görə... İdmançının fizioloji cəhətdən necə inkişaf edəcəyini elmi əsaslarla izah edə bildim... Mənim yaxınım Monqolustanda yaşayır, təhsili də Yaponiyada alıb. Azərbaycan, Gürcüstan, Monqolustan, Rusiya, Özbəkistanda deyirlər ki, material yaxşıdır, pis nəticə göstərməməyə çalışacağıq. Ancaq Yaponiyada deyirlər ki, material yaxşı deyil, onu keyfiyyətli etməyə çalışacağıq. Bizim uşaqlarla yapon uşaqlar arasında fərq nədədir? Bizdə uşaqlar doğuşdan güləşir. Ancaq bizim ortaya çıxardığımız nədir, onlarınkı nədir? Biz dəmir ağacını yonub çuqun çubuğu, onlar isə dəmir ağacından qəşəng qapı düzəldirlər. Fərq görülən işin keyfiyyətindədir.
Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO
- Polyaklar slavyan mənşəli xalq olsa da, rus dilində bilmirlər. Ünsiyyət üçün ingilis dili biliyiniz necədir?

- İngilis dilində orta səviyyədə bilirəm. Ancaq assistentlərimdən rus dilində bilən var. Onlar öz dillərində asta sürətdə danışdıqda, başa düşmək olur. Əsas cüdo terminləridir ki, onu yaponca üst səviyyədə bilirəm.

- Qarşıda hansı ilk yarışınız var?

- Yanvarda Avstriyada təlim-məşq toplanışımız olacaq. Sözün düzü, hər bir yerdə olduğu kimi, Polşanın da öz problemləri var. Burada klub sistemi bizdəkindən yaxşı inkişaf edib. Ona görə də klublardan milliyə idmançı cəlb etmək bir az çətin məsələdir. Hər məşqçi bunu bacarmır. İlk məqsədimiz odur ki, gördüyümüz işlərlə klublar qarşısında özümüzü doğruldaq. Hazırda 108 nəfərə yaxın cüdoçu, bunlardan 50-yə yaxını əsas olmaqla təlim-məşq toplanışındadır. Polşa 38 milyon əhalisi olan ölkədir. Azərbaycandakı kimi Gəncədən Bakıya gəlmək üçün cəmi 500 km yol qət etmirsən. İndi istəyirik ki, regionlardakı klublar Varşavaya – uzaq məsafəyə cüdoçu buraxanda peşman olmasın. Polşada problem odur ki, millidə sparrinqlər olmayıb, birgə az məşq keçilib.
Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO
Halbuki Polşanın vaxtı ilə ikiqat Olimpiya çempionu olub. Ayrılıqda 3 Olimpiya, 7 dünya çempionları var. 1996-cı ilə kimi Polşada cüdo normal vəziyyətdə olub. Sosializm dağıldıqdan sonra nəticələrində geriləmə başlayıb. İndi planım Polşanın bütün 4 regionunu gəzib milliyə cüdoçuları qazandırmaqdır. Onların ən böyük klublarının yerləşdiyi Vrotslav, Krakov kimi şəhərlərə gedəcəyəm.

- Qeyd etdiniz ki, Polşada sparrinq problemləri var. Polşa cüdoçularını Bakıya gətirmək fikriniz var?

- İllik plan tərtib edib rəhbərliyə təqdim etmişəm. O planda Azərbaycana, Gürcüstana, Özbəkistana gedib təlim-məşq toplanışı keçmək var. Azərbaycan üçün təlim-məşq toplanışını aprel ayı üçün nəzərdə tutmuşam. Ola bilsin ki, Bolqarıstanın paytaxtı Sofiyada 29 aprel – 1 may tarixlərində keçiriləcək Avropa çempionatına elə Bakıdan getdik.
Polşada baş məşqçi işləyən azərbaycanlı: “Bizim uşaqlar polyaklara nisbətdə hormonal tez inkişaf edir” - FOTO

Oxunub: 471

XƏBƏR LENTİ