Son Dəqiqə

Dün, 17:39 - İranlı boksçuya edam cəzası verildi

Dün, 17:37 - Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Dün, 17:35 - Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

17-01-2022, 19:36 - Azərbaycanda son sutkada 8 nəfər koronavirusdan ölüb - FOTO

17-01-2022, 19:33 - Paytaxtda ətin qiyməti neçəyədir?

17-01-2022, 19:33 - Paytaxtda ətin qiyməti neçəyədir?

15-01-2022, 16:02 - Dövlət Agentliyində yeni TƏYİNAT

14-01-2022, 19:03 - Arazdəyən - Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üçün işçi qrupu yaradılıb

14-01-2022, 18:54 - 2450 manatdan obyektlər, 1500 manatdan avtomobillər satışa çıxarılır - FOTO

14-01-2022, 18:49 - Prezident sərəncam imzaladı - Müddət uzadıldı

14-01-2022, 15:16 - Azərbaycanda ət BAHALAŞDI

14-01-2022, 15:14 - Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ

11-01-2022, 11:21 - Azərbaycanın Qazaxıstandakı səfirliyinin mühafizəsi ilə bağlı AÇIQLAMA

11-01-2022, 11:08 - Məşhur azərbaycanlı aparıcı xəstəxanalıq oldu - FOTO

11-01-2022, 10:53 - Vətəndaşların DİQQƏTİNƏ: Bakının üç rayonunda su kəsiləcək

11-01-2022, 10:51 - Hava şəraitinə görə Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı

10-01-2022, 14:31 - Əbrürrəhman Vəzirov vəfat edib

10-01-2022, 14:26 - İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - SƏRƏNCAM

10-01-2022, 13:22 - Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında yayılan virusun adı AÇIQLANDI

10-01-2022, 12:55 - Azərbaycanda tələbə vəfat etdi

10-01-2022, 12:53 - Sərnişinlərin DİQQƏTİNƏ: Bəzi marşrut xətlərinin istiqaməti dəyişdi

10-01-2022, 12:45 - Bakıda 16, Gəncədə 14 yaşlı oğlan itkin düşüb

10-01-2022, 12:41 - Beyləqanda QƏZA: Avtomobil qadını vuraraq öldürdü

9-01-2022, 10:09 - Koronavirusdan təzə sağalanlara idman təhlükəlidir?

9-01-2022, 10:09 - Koronavirusdan təzə sağalanlara idman təhlükəlidir?

7-01-2022, 11:17 - Nazir idarə rəisini təqaüdə göndərdi - ÖZƏL

6-01-2022, 21:02 - Pulsuz Corek!

6-01-2022, 12:34 - Azərbaycanda çörək və un ən baha hansı qiymətə satıla bilər? - RƏSMİ AÇIQLAMA

 Valyuta məzənnəsi

Azərbaycanda çörək və un ən baha hansı qiymətə satıla bilər? - RƏSMİ AÇIQLAMA

Tarix:6-01-2022, 12:34

Azərbaycanda çörək və un ən baha hansı qiymətə satıla bilər? - RƏSMİ AÇIQLAMA
Son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58 faiz bahalaşma baş verib.

“Vurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyildir.

Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulyasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaq.

İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər. Əlaqə telefonu: (+99412) 599-76-00”, - deyə məlumatda qeyd edilib.

Oxunub: 53

XƏBƏR LENTİ