Son Dəqiqə

3-06-2022, 17:57 - Sahil Babayev istefa verib? - AÇIQLAMA

3-06-2022, 17:32 - 15 Iyun Qurtuluş Günü-Tarixi Nailiyyət.

3-06-2022, 16:32 - HÜSEYNOVLAR AİLƏSİNİ BİZDƏ TƏBRİK EDİRİK!

3-06-2022, 16:10 - Sağlamlıq keşiyində dayanmaq şərəfdir.

1-06-2022, 12:47 - Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ: Növbəti imtahana qeydiyyat BAŞLADI

1-06-2022, 12:10 - “OBA” şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edib

1-06-2022, 12:04 - Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1-06-2022, 12:04 - Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

31-05-2022, 17:11 - 28 May-tariximizin parlaq səhifəsi.

31-05-2022, 17:06 - GÖRÜLƏN İŞLƏR SAKİNLƏRİN ÜRƏYİNCƏDİR.

31-05-2022, 12:33 - Paşinyan onu qoruyan polislərə 6,5 milyon dollar payladı

31-05-2022, 00:14 - Ölkə ərazisində sabit hava şəraitinin nə qədər davam edəcəyi AÇIQLANDI

26-05-2022, 11:37 - Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL

25-05-2022, 14:52 - Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub

25-05-2022, 14:50 - Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”

25-05-2022, 14:45 - “Avto FM” radiosu DİN-in nəzarətinə keçib

25-05-2022, 12:36 - Cavid Qurbanov işdən çıxarıldı

25-05-2022, 12:07 - Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi

25-05-2022, 12:00 - Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA

20-05-2022, 07:33 - Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

18-05-2022, 13:12 - Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

17-05-2022, 14:15 - Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”

17-05-2022, 13:23 - Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO

17-05-2022, 13:17 - Azərbaycan nefti BAHALAŞDI

17-05-2022, 12:47 - Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu

17-05-2022, 12:30 - Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

17-05-2022, 12:02 - Azərbaycan Prezidenti israilli naziri qəbul edib

16-05-2022, 16:02 - SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.

 Valyuta məzənnəsi

Azərbaycanda dondurma bazarı: Bu il qıtlıq gözlənilir? - FOTO

Tarix:9-04-2022, 22:31

Azərbaycanda dondurma bazarı: Bu il qıtlıq gözlənilir? - FOTO
Azərbaycana ötən il 6 milyon 116,04 min ABŞ dolları dəyərində 1 milyon 273,9 min ton dondurma idxal olunub. Ölkədən isə 377,73 min ABŞ dolları dəyərində 129,91 min ton dondurma ixrac olunub. 2021-ci ildə ölkədə 722,8 min ton dondurma istehsal olunub.

Ötən il Azərbaycanda istehlak olunan dondurmanın təxminən 63,8 %-i idxalın payına düşüb.

Azərbaycana idxal olunan dondurmanın 50 %-i Belarus, Rusiya və Ukraynanın payına düşür. Türkiyədən idxal isə 42 % təşkil edır. Yəni Azərbaycana gətirilən dondurmanın 92 %-i bu dörd ölkəyə aiddir.

Bəs hazırkı durumda - Belarus, Rusiya və Ukrayna arasında ticarət və daşımalarda müəyyən problemlər
olduğu vaxtda ölkəmizə dondurma idxalında hansı çətinliklər ola bilər? İdxalın çətinləşməsi yerli istehsalın genişlənməsinə təkan verəcəkmi?
Azərbaycanda dondurma bazarı: Bu il qıtlıq gözlənilir? - FOTO
“Report”un suallarını cavablayan “İceland” şirkətinin Bakı-Abşeron üzrə satış müdiri Elşad Məmmədov bildirib ki, hazırda onların şirkəti Belarus və Ukraynadan dondurma almır. Rusiyadan isə ticarət davam edir:

“Hazırda Fransadan da dondurmaların Azərbaycana idxalı artıb. Oradan əsasən brend markaların məhsulları gəlir. Həmçinin Türkiyədən də brend mallar gəlir. Mövcud müharibə şəraitinə görə Fransadan dondurmalar Azərbaycana artıq Rusiya və Belarus ərazisindən deyil, Türkiyə üzərindən keçməklə gəlir. Qiymət fərqi artıq zavodda yaranır. Belə ki, onlar logistikanı nəzərə alaraq qiyməti artırıblar. Bizdə də qiymət fərqi olacağı istisna edilmir.

Rusiyadan mallar isə normal şəkildə gəlməkdə davam edir. Heç bir problem yoxdur. Ticarəti rublla edirik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dondurmada qıtlığın olmayacağını düşünür:
Azərbaycanda dondurma bazarı: Bu il qıtlıq gözlənilir? - FOTO
“Amma yerli və xarici məhsullarda qiymət artımı olacaq. Həm də dondurmaların keyfiyyətinin də aşağı düşməsi gözləniləndir. Bütün hallarda dondurmaların qiymətində artım gözlənilir, Ukrayna və Belarusdan gələn malları Türkiyə məhsulları əvəz etsə belə”.

E.Hüseynov qeyd edib ki, bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də müəyyən qədər yumşaq davranmalıdır:

“Bu yaxınlarda mənə bir nəfər Kalininqraddan dondurma gətirmək istədiyini, lakin AQTA-nın büroktarik əngəllər yaratdığını bildirdi. Mən bu məsələni AQTA-nın qarşısında qaldırdım, bundan sonra problem aradan qalxdı”.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mövzu ilə bağlı fikirlərini səsləndirərkən deyib ki, Rusiya və Belarusun üzünə Avropa qapıları bağlı olduğu üçün onların istehsal etdiyi dondurmaları daha çox yaxın qonşularına - o cümlədən Azərbaycana ixrac edəcəkləri daha gözləniləndir. Hətta bu ölkələrdən Azərbaycana dondurma gəlməsində problem olsa belə, bu, yerli istehsalçılarımız üçün əsl fürsət olacaq:

“Azərbaycanda kifayət qədər dondurma istehsaçıları var. Bəlkə də quru süd indiyə qədər xaricdən gətirilirdi. Amma bizim kifayət qədər süd zavodlarımız da var. Bu o deməkdir ki, yerli istehsaçılarımız üçün keyfiyyəti aşağı salmadan, qiyməti qaldırmadan dondurma istehsal etməyə, əksinə, daha böyük şərait yaranacaq.

İdxal edilən məhsullara gəlincə, bizim yeganə tərəfdaşlarımız adıçəkilən dövlətlər deyil. Baltikyanı ölkələrdən, Türkiyədən, İrandan da kifayət qədər süd məhsulları alırıq. Bundan sonra da onlarla əməkdaşlığımız artan xətt üzrə davam edəcək. Dondurmaya xalq olaraq tələbatımız normal olsa da, amma bu məhsul bizim üçün əvəzedilməz deyil. Mətbəximizdə, kulinariyamızda hansısa yeməyin hazırlanmasında dondurmadan istifadə etmirik. Əgər onun qıtlığı yaransa, ev şəraitində belə dondurma hazırlamaq mümkündür”.

Oxunub: 27

XƏBƏR LENTİ