Son Dəqiqə

26-05-2022, 11:37 - Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL

25-05-2022, 14:52 - Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub

25-05-2022, 14:50 - Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”

25-05-2022, 14:45 - “Avto FM” radiosu DİN-in nəzarətinə keçib

25-05-2022, 12:36 - Cavid Qurbanov işdən çıxarıldı

25-05-2022, 12:07 - Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi

25-05-2022, 12:00 - Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA

20-05-2022, 07:33 - Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

18-05-2022, 13:12 - Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

17-05-2022, 14:15 - Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”

17-05-2022, 13:23 - Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO

17-05-2022, 13:17 - Azərbaycan nefti BAHALAŞDI

17-05-2022, 12:47 - Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu

17-05-2022, 12:30 - Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

17-05-2022, 12:02 - Azərbaycan Prezidenti israilli naziri qəbul edib

16-05-2022, 16:02 - SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.

16-05-2022, 13:15 - Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edildi

14-05-2022, 16:56 - Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib

14-05-2022, 15:37 - İnam Kərimov Qusarda vətəndaşları qəbul edib

13-05-2022, 19:18 - TƏBRİK EDİRİK!

13-05-2022, 17:13 - Azərbaycanda ən çox maaş alan şəxslər - SİYAHI

13-05-2022, 17:09 - TƏBİB-in tabeliyindəki bəzi qurumlar Səhiyyə Nazirliyinə verilir - FƏRMAN

13-05-2022, 14:20 - Türkiyə işğaldan azad olunan ərazidə müəssisə yaradır

13-05-2022, 14:17 - Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir”

13-05-2022, 14:09 - Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI

13-05-2022, 13:44 - Bu il neçə uşaq övladlığa verilib? - AÇIQLAMA

13-05-2022, 13:30 - İranda bahalıq və qıtlığın yaratdığı acınacaqlı mənzərə

13-05-2022, 13:05 - Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

 Valyuta məzənnəsi

Maska tələbi LƏĞV EDİLİR: Bəs məsuliyyət? - TƏHLİL

Tarix:30-04-2022, 21:21

Maska tələbi LƏĞV EDİLİR: Bəs məsuliyyət? - TƏHLİL
Mütəxəssislər bildirir ki, maskadan istifadə tələbi götürüldükdən sonra da gigiyenik qaydalara riayət etmək lazımdır. Ənənə formalaşıbsa, bəzi yerlərdə maskadan istifadəni davam etdirək. Maska tək koronavirus yox, qrip, vərəm kimi xəstəliklərdən də bizi qoruya bilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Yəni həmin tarixdən sonra artıq qapalı məkanlarda tibbi maskadan istifadə məcburi olmayacaq. Maskadan istifadə məcburiyyətinin aradan qalxması fonunda, həm də “pandemiya hələ bitməyib” fikirləri də səsləndirilir. Bəziləri hesab edir ki, maska taxmaq tələbi aradan qaldırılsa da, ehtiyatı əldən vermək olmaz. Sağlamlığında yüngül narahatlıq hiss edənlər başqalarına təhlükə yaratmamaq üçün qapalı məkanlarda maskadan istifadənin vətəndaş məsuliyyəti olduğunu unutmamalıdırlar. Yəni qadağa yoxdur-yoxdur, bəs məsuliyyət?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bildirdi ki, vaksinasiya sayəsində pandemiyanın intensivliyinin aşağı düşməsinə nail olunduğu üçün maska məcburiyyəti aradan qaldırılır: “Epidemioloji vəziyyətin stabilləşməsi, ümumiyyətlə, insanlarımızın vaksinasiyada kifayət qədər fəal olması və qazandığımız uğurlar nəticəsində maska məhdudiyyətinin götürülməsinə qərar verildi. Məhdudiyyətlərin mərhələ-mərhələ aradan qaldırılmasının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, vəziyyət nəzarət altındadır. Proses öz məntiqi sonluğuna yaxınlaşır. Pandemiyanın intensivliyi də aşağı düşüb. Vaksinasiyada uğurlu strategiyanı əldə rəhbər tutaraq düzgün addımlarla insanlarımızı bu təhlükədən sığortalaya bilmişik”.
Maska tələbi LƏĞV EDİLİR: Bəs məsuliyyət? - TƏHLİL

Millət vəkili deyir ki, pandemiyadan normal həyata keçid mərhələ-mərhələ gedir. Bu mərhələlərdən biri də maska tələbinin ləğvi idi: “Amma pandemiya hələ davam edir. Ona görə, maskadan istifadə məcburiyyəti götürüldükdən sonra da gigiyenik tədbirlərə ciddi şəkildə riayət etmək lazımdır. Əl təmizliyi, məsafə saxlamaq pandemiyanın səngidiyi dövrdə də önəmlidir. Yuxarı tənəffüs yollarında narahatlığı olan şəxslər, yaxud xəstəxanaya daxil olan hər kəs maskadan istifadə etsə, yaxşı olar. Həm özümüzün, həm də digər insanların sağlamlığı üçün bunu etmək lazımdır. Biz öz şəxsi gigiyenamıza riayət edərək mərhələ-mərhələ normal həyata qədəm qoyuruq”.

İnfeksionist Mərdan Əliyev deyir ki, artıq maska tələbinin aradan qaldırılmasına zəmin yaranmışdı: “Yoluxma rəqəmlərində təbii olaraq sürətli azalma baş verdi. Yəni əvvəlki dövrlərdə karantin rejiminin sərtləşdirilməsi hesabına yoluxma sayında azalma müşahidə edilirdisə, budəfəki proses karantin qaydalarının yumşaldılması fonunda baş verdi. Bu da artıq kollektiv immunitet formalaşdığını göstərir. Pandemiya da sönməyə başladı. Ona görə maskalardan bir çox yerlərdə istifadə olunması məntiqsiz görünürdü. Məsələn, restoranlarda, böyük ticarət mərkəzlərində. Onsuz da, insanlar maska tələbinə bu yerlərdə riayət etmirdilər”.
Maska tələbi LƏĞV EDİLİR: Bəs məsuliyyət? - TƏHLİL
M.Əliyevin sözlərinə görə, pandemiya hələ davam etdiyi üçün insanların sıx olduğu, xəstəlik yayılma ehtimalı çox olan qapalı məkanlarda maska taxılsa, yaxşı olar: “Maska tələbinin ləğv olunması o deməkdir ki, bunun üçün cərimələr tətbiq olunmayacaq. Ancaq bəzi yerlərdə yenə də diqqətli olmaqda fayda var. Məsələn, marşrut avtobuslarında insanlar sıx olur, xüsusilə pik saatlarda. İctimai nəqliyyatda xəstə insanın olma ehtimalı var. Bu da digərlərinin yoluxma riskini artırır. Yaxud xəstəxanalara gedəndə maska taxılsın. Bir ənənə formalaşıbsa, bəzi yerlərdə maskalardan istifadəni davam etdirək. Maska tək koronavirus yox, qrip, vərəm kimi xəstəliklərdən də bizi qoruya bilər. Xəstələnmək istəmiriksə, çox adamın olduğu qapalı məkanlarda maska taxmaq yaxşı olar. Yaşlı, immuniteti zəif adamlar da maska taxmalıdır. Yaxud sağlam şəxsdir, taxa bilər. Çünki bu, həm də gigiyenik vasitədir”.

İnfeksionist bildirdi ki, özümüzü nasaz hiss ediriksə, bu zaman maskadan istifadəyə xüsusilə diqqət etməliyik: “Kollektiv immunitet formalaşıb, yoluxmada böyük artım olmayacaq. Amma özümüzü və başqalarını düşünərək fərdi şəkildə diqqətli olmalıyıq. Kimisə yoluxdura bilərik, yaxud bizi yoluxdura bilərlər. Özümüzü narahat hiss ediriksə, koronavirus, qrip, yaxud bu kimi infeksion xəstəlik ehtimalı varsa, maska taxmalıyıq. Bu, mədəni davranış halı, həyat tərzidir. Buna əməl etməsək, mən digərini, o da başqasını yoluxduracaq, proses zəncirvari gedəcək”.

Oxunub: 17

XƏBƏR LENTİ
26-05-2022, 11:37 Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL
25-05-2022, 14:52 Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub
25-05-2022, 14:50 Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”
25-05-2022, 14:45 “Avto FM” radiosu DİN-in nəzarətinə keçib
25-05-2022, 12:36 Cavid Qurbanov işdən çıxarıldı
25-05-2022, 12:07 Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi
25-05-2022, 12:00 Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA
20-05-2022, 07:33 Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO
18-05-2022, 13:12 Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
17-05-2022, 14:15 Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”
17-05-2022, 13:23 Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO
17-05-2022, 13:17 Azərbaycan nefti BAHALAŞDI
17-05-2022, 12:47 Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu
17-05-2022, 12:30 Məktəblərdə “Basketbol sinfi” yaradılacaq
17-05-2022, 12:02 Azərbaycan Prezidenti israilli naziri qəbul edib
16-05-2022, 16:02 SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.
16-05-2022, 13:15 Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edildi
14-05-2022, 16:56 Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14-05-2022, 15:37 İnam Kərimov Qusarda vətəndaşları qəbul edib