26-05-2022, 11:37 - Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL
25-05-2022, 14:52 - Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub
25-05-2022, 14:50 - Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”
25-05-2022, 14:45 - “Avto FM” radiosu DİN-in nəzarətinə keçib
25-05-2022, 12:36 - Cavid Qurbanov işdən çıxarıldı
25-05-2022, 12:07 - Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi
25-05-2022, 12:00 - Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA
20-05-2022, 07:33 - Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO
18-05-2022, 13:12 - Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
17-05-2022, 14:15 - Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”
17-05-2022, 13:23 - Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO
17-05-2022, 13:17 - Azərbaycan nefti BAHALAŞDI
17-05-2022, 12:47 - Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu
17-05-2022, 12:30 - Məktəblərdə “Basketbol sinfi” yaradılacaq
17-05-2022, 12:02 - Azərbaycan Prezidenti israilli naziri qəbul edib
16-05-2022, 16:02 - SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.
16-05-2022, 13:15 - Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edildi
14-05-2022, 16:56 - Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14-05-2022, 15:37 - İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
13-05-2022, 19:18 - TƏBRİK EDİRİK!
13-05-2022, 17:13 - Azərbaycanda ən çox maaş alan şəxslər - SİYAHI
13-05-2022, 17:09 - TƏBİB-in tabeliyindəki bəzi qurumlar Səhiyyə Nazirliyinə verilir - FƏRMAN
13-05-2022, 14:20 - Türkiyə işğaldan azad olunan ərazidə müəssisə yaradır
13-05-2022, 14:17 - Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir”
13-05-2022, 14:09 - Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI
13-05-2022, 13:44 - Bu il neçə uşaq övladlığa verilib? - AÇIQLAMA
13-05-2022, 13:30 - İranda bahalıq və qıtlığın yaratdığı acınacaqlı mənzərə
13-05-2022, 13:05 - Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür
Rusiya ilə müharibə zamanı Ukraynanın infrastrukturuna dəymiş - sənədləşdirilmiş zərərin məbləği 2,8 trilyon qrivnaya və ya 94,3 milyard dollara çatıb.
Təkcə son bir həftədə bu məbləğ 2,4 milyard dollar artıb. Yeni hesablamalara neft bazaları üzrə hesablamalar da əlavə edilib - 27 neft bazasının dağıdılması nəticəsində dəymiş ziyan 227 milyon dollar təşkil edib.
Bu barədə Kiyev İqtisadiyyat Məktəbinin mayın 10-na olan məlumatlarında qeyd olunur.
Hesablamalar “Rusiya ödəyəcək” layihəsi çərçivəsində aparılır.
Ümumilikdə, müharibə nəticəsində 31 milyard dollar dəyərində 35,2 milyon kvadratmetr mənzil fondu dağıdılıb və ya zərər görüb. Əvvəlki hesablamalarla müqayisədə bu rəqəm təxminən 1,3 milyard dollar artıb.
Mənzil fondunun dağıdılmasından ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne zərər çəkib. Təkcə Mariupolda itkilər 9,9 milyard dollar, Xarkovda isə 7,1 milyard dollar olaraq qiymətləndirilir.
Ukraynanın ümumi itkiləri 564-600 milyard dollar təşkil edir.
Rəsmi Kiyev fevralın 24-dən hərbi məqsədlər üçün 8,3 milyard dollar ayırıb.
Ukrayna Maliyyə Nazirliyi aprelin əvvəlində bildirib ki, ölkədə bir aylıq döyüş əməliyyatları təxminən 10 milyard dollara başa gəlib.
Mənbə: Obozrevatel