Son Dəqiqə

26-05-2022, 11:37 - Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL

25-05-2022, 14:52 - Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub

25-05-2022, 14:50 - Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”

25-05-2022, 14:45 - “Avto FM” radiosu DİN-in nəzarətinə keçib

25-05-2022, 12:36 - Cavid Qurbanov işdən çıxarıldı

25-05-2022, 12:07 - Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi

25-05-2022, 12:00 - Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA

20-05-2022, 07:33 - Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

18-05-2022, 13:12 - Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

17-05-2022, 14:15 - Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”

17-05-2022, 13:23 - Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO

17-05-2022, 13:17 - Azərbaycan nefti BAHALAŞDI

17-05-2022, 12:47 - Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu

17-05-2022, 12:30 - Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

17-05-2022, 12:02 - Azərbaycan Prezidenti israilli naziri qəbul edib

16-05-2022, 16:02 - SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.

16-05-2022, 13:15 - Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edildi

14-05-2022, 16:56 - Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib

14-05-2022, 15:37 - İnam Kərimov Qusarda vətəndaşları qəbul edib

13-05-2022, 19:18 - TƏBRİK EDİRİK!

13-05-2022, 17:13 - Azərbaycanda ən çox maaş alan şəxslər - SİYAHI

13-05-2022, 17:09 - TƏBİB-in tabeliyindəki bəzi qurumlar Səhiyyə Nazirliyinə verilir - FƏRMAN

13-05-2022, 14:20 - Türkiyə işğaldan azad olunan ərazidə müəssisə yaradır

13-05-2022, 14:17 - Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir”

13-05-2022, 14:09 - Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI

13-05-2022, 13:44 - Bu il neçə uşaq övladlığa verilib? - AÇIQLAMA

13-05-2022, 13:30 - İranda bahalıq və qıtlığın yaratdığı acınacaqlı mənzərə

13-05-2022, 13:05 - Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

 Valyuta məzənnəsi

TƏBİB-in tabeliyindəki bəzi qurumlar Səhiyyə Nazirliyinə verilir - FƏRMAN

Tarix:13-05-2022, 17:09

TƏBİB-in tabeliyindəki bəzi qurumlar Səhiyyə Nazirliyinə verilir - FƏRMAN
Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərman əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə verilib.

Sənədə əsasən, Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaratmalıdır.

2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriliblər və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirməlidirlər.

Bundan başqa, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər dörd üzvdən ibarət Müşahidə Şurası yaradılır. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun üç müavini həyata keçirir.

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

Həmçinin, sənədə əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 88 ştat vahiddən 130 ştat vahidə qədər artırılıb.

Oxunub: 16

XƏBƏR LENTİ
26-05-2022, 11:37 Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL
25-05-2022, 14:52 Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub
25-05-2022, 14:50 Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”
25-05-2022, 14:45 “Avto FM” radiosu DİN-in nəzarətinə keçib
25-05-2022, 12:36 Cavid Qurbanov işdən çıxarıldı
25-05-2022, 12:07 Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi
25-05-2022, 12:00 Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA
20-05-2022, 07:33 Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO
18-05-2022, 13:12 Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
17-05-2022, 14:15 Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”
17-05-2022, 13:23 Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO
17-05-2022, 13:17 Azərbaycan nefti BAHALAŞDI
17-05-2022, 12:47 Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu
17-05-2022, 12:30 Məktəblərdə “Basketbol sinfi” yaradılacaq
17-05-2022, 12:02 Azərbaycan Prezidenti israilli naziri qəbul edib
16-05-2022, 16:02 SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.
16-05-2022, 13:15 Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edildi
14-05-2022, 16:56 Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14-05-2022, 15:37 İnam Kərimov Qusarda vətəndaşları qəbul edib