Son Dəqiqə

3-06-2022, 17:57 - Sahil Babayev istefa verib? - AÇIQLAMA

3-06-2022, 17:32 - 15 Iyun Qurtuluş Günü-Tarixi Nailiyyət.

3-06-2022, 16:32 - HÜSEYNOVLAR AİLƏSİNİ BİZDƏ TƏBRİK EDİRİK!

3-06-2022, 16:10 - Sağlamlıq keşiyində dayanmaq şərəfdir.

1-06-2022, 12:47 - Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ: Növbəti imtahana qeydiyyat BAŞLADI

1-06-2022, 12:10 - “OBA” şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edib

1-06-2022, 12:04 - Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1-06-2022, 12:04 - Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

31-05-2022, 17:11 - 28 May-tariximizin parlaq səhifəsi.

31-05-2022, 17:06 - GÖRÜLƏN İŞLƏR SAKİNLƏRİN ÜRƏYİNCƏDİR.

31-05-2022, 12:33 - Paşinyan onu qoruyan polislərə 6,5 milyon dollar payladı

31-05-2022, 00:14 - Ölkə ərazisində sabit hava şəraitinin nə qədər davam edəcəyi AÇIQLANDI

26-05-2022, 11:37 - Bakıda bəzi məktəblər distant tədrisə keçir - SİYAHI + ÖZƏL

25-05-2022, 14:52 - Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub

25-05-2022, 14:50 - Vahid Əhmədov problemlərdən DANIŞDI: “İşsizliklə bağlı şikayətlər çoxdur”

25-05-2022, 14:45 - “Avto FM” radiosu DİN-in nəzarətinə keçib

25-05-2022, 12:36 - Cavid Qurbanov işdən çıxarıldı

25-05-2022, 12:07 - Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi

25-05-2022, 12:00 - Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA

20-05-2022, 07:33 - Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

18-05-2022, 13:12 - Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

17-05-2022, 14:15 - Nazir: “Zəngəzur dəhlizi region üçün nəqliyyat sektorunda imkanlar yaradacaq”

17-05-2022, 13:23 - Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO

17-05-2022, 13:17 - Azərbaycan nefti BAHALAŞDI

17-05-2022, 12:47 - Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu

17-05-2022, 12:30 - Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

17-05-2022, 12:02 - Azərbaycan Prezidenti israilli naziri qəbul edib

16-05-2022, 16:02 - SAKİNLƏRİN RAHATLIĞI NAMİNƏ.

 Valyuta məzənnəsi

“OBA” şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edib

Tarix:1-06-2022, 12:10

“OBA” şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edib
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daha bir sosial layihə həyata keçirib.

Hər zaman şəhid və qazi övladlarına xüsusi qayğı ilə yanaşan “OBA Market” MMC bu dəfə də onları sevindirməyə çalışıb.

“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində 50-dən çox şəhid və qazi övladı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Göyçək Fatma” tamaşasını izləyib. Tamaşa şən personajlar, əyləncəli ssenari və musiqiləri ilə uşaqlara bayram-əhval ruhiyyəsi bəxş edib.

“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Ceyhun Ağayev şəhid və qazi övladlarına diqqətə görə “OBA” marketlər şəbəkəsinə təşəkkür edib:

“1 İyun - Uşaqların Beynəlxalq Hüquqlarının Müdafiəsi Günü münasibətilə “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı, maddi dəstəyi və “Qazilər” Vətən Müharibəsi İştirakçıları Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50-dən çox şəhid, qazi övladına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçirildi. Tədbiri keçirdiyi, təşkilatçılıq etdiyi və şəhid, qazi övladlarını bugünkü gündə tək qoymadıqları üçün İctimai Birliyimiz adından “OBA” marketə öz minnətdarlığımızı bildiririk”.

Tamaşadan sonra uşaqlara müxtəlif hədiyyələrdən ibarət bağlamalar təqdim edilib. Həmçinin, nağıl və cizgi film personajları teatra dəvət edilib, onlar uşaqların vaxtlarının daha da maraqlı keçməsi üçün müxtəlif əyləncələr tərtib ediblər.

Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin əziz xatirəsi yad edilib.

Şəhid və qazi ailələri tədbirin sonunda diqqət və qayğıya görə “OBA” marketlər şəbəkəsinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox filialı və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Elimizin hər yanı, “OBA”mızın ünvanı!

Oxunub: 26

XƏBƏR LENTİ